Komitə sədri şəhid hərbi həkimin ailəsi ilə görüşdü

 12:04 11.11.2021     176

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsinin şəhidi, hərbi həkim Cəmil Oqtay oğlu Səlimovun ailə üzvləri ilə görüşüb.

Redaktor.az xəbər verir ki, komitə sədri, şəhidin ata-anasını, bacısını dinləyib, şəhidin həyat və döyüş yolu ilə maraqlanıb, öz ürək sözlərini bölüşüb: "Siz, Vətən uğrunda öz canını qurban vermiş mərd gizirimizin ailə üzvlərisiz. Biz sizinlə Zəfər Günü ərəfəsində görüşürük. Bu Zəfər Bayramı, işğalçı düşmən üzərində qələbənin birinci ildönümü münasibəti ilə təbriki, sevinci, qüruru ən çox siz şəhid aailələri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid oğlunuzun ruhu qarşısında dərin ehtiramla baş əyirik!

Cəmil Səlimov Azərbaycan Prezidentinin Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. O, həmçinin bir sıra medallarla təltif olunub. Bu gün biz sizinlə birgə, şəhidimizin həyat və döyüş yolundan bəhs edən kitabın təqdimatında iştirak etdik. Gələcəkdə də belə kitablar yazılacaq, başqa saənət növlərində də şəhidlərimiz haqqında yeni yaradıcı münasibətlərlə qarşılaşacağıq".

Komitə sədri şəhid gizirin ailə üzlərinə Qarabağ motivli xatirə hədiyyələri təqdim edib. 

Görüşdə RHİM İB sədri Arzu Bağırova iştirak edib.