Deputat polislərin maaşının iki dəfə artırılmasını təklif etdi

 12:24 11.11.2021     320

Azərbaycanda polislərin maaşlarının artırılması təklif edilib.

Redaktor.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

O bildirib ki, polislərin maaşının ən azı iki dəfə artırılmasına ehtiyac var: “Çünki hazırda onların maaşı çox aşağıdır”.

Q.Həsənquliyev həmçinin qeyd edib ki, yay aylarında Türkiyədə və Azərbaycanda baş verən yanğınlarda FHN-nin işçiləri çox böyük fədakarlıqlar göstəriblər. Deputat yeni amfibiya təyyarələrinin və helikopterlərin alınmasını da təklif edib.