Xankəndidə Rusiya sülhməramlılarına heykəl qoyuldu - FOTO

Qarabağda rus sülhməramlıların hərbi şəhərciyinin ərazisində “Rusiya Şöhrət Xiyabanı” yaradılıb və burada rus sülhməramlıları əks etdirən heykəl qoyulub.
Redaktor.az erməni mediasına istinadən xəbər verir ki, xiyabanın açılışı Xankəndidə noyabrın 10-u baş tutub.
Açılış mərasimində Rusiya sülhməramlı kontingentinin ilk komandanı, hazırda isə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradov və Rusiya sülhməramlı kontingentinin hazırkı komandanı general-leytenant Gennadi Anaşkin də iştirak edib.
Bildirilir ki, xiyabanın açılışı Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsinin birinci ildönümünə həsr olunub.