Güclü külək şəhid məzarlarını aşırdı - RƏSMİ AÇIQLAMA

 15:11 11.11.2021     253

Suraxanı rayonunda yerləşən Dədə Qorqud qəbiristanlığında iki şəhid məzarının başdaşı sınaraq yararsız vəziyyətə düşüb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Məzar daşlarının güclü küləyin təsirindən aşdığı deyilir.

Məsələ ilə bağlı daha dəqiq məlumat öyrənmək üçün kiçik araşdırma apardıq. Əldə etdiyimiz məlumata görə, aşan məzarlardan biri Xətai, digəri isə Nərimanov rayonunda qeydiyyatda olmuş şəhidlərə aiddir. 

Nərimanov və Xətai rayon icra hakimiyyətlərindən bildirilib ki, şəhidin məzarını küləyin dağıtması ilə bağlı məlumat verilib. Hadisə barədə daxil olan məlumat əsasında dərhal əraziyə baxış keçirilib və şəhid ailələrinə bununla bağlı məlumat verilib. 

Hazırda ərazidə aidiyyəti üzrə hər iki icra hakimiyyətinin əməkdaşları tərəfindən işlər gedir. Şəhidlərin məzar daşlarının yenisi ilə əvəzlənməsi üçün artıq yeni məzar daşları da sifariş verilib. 

Vumart və Güvən reklamı Vumart Güvən