Bakıda ucuz kirayə mənzillər və evlərin qiyməti neçədən başlayır?

 21:14 11.11.2021     652

Bakıda mənzillərin, fərdi yaşayış və bağ evlərinin kirayə qiymətləri azalıb.

Redaktor.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən əldə edilən rəqəmlərə əsasən, oktyabr ayı ərzində kirayə qiymətləri aşağı olub.

Belə ki, oktyabr ayında paytaxt üzrə kirayə mənzillərin orta qiyməti 791 manata bərabər olub. Əvvəlki ayla (sentyabr) qiymətlərdə 9,8 faiz, ötən ilin eyni dövrü ilə müqayisə isə 0,1 faiz azalma qeydə alınıb.

Mənzillərin hər kvadrat metrinə görə orta qiymət 7,9 manatı təşkil edib. Bu qiymətlərdə aylıq müqayisədə 11,8 faiz, illik müqayisədə isə 4,7 faiz azalma müşahidə olunub.

Paytaxtda aşağı dəyərli mənzillər 417 manatdan, orta dəyərli mənzillər 729 manatdan, yüksək dəyərli mənzillər isə ortalama 1 473 manatdan kirayə verilir.

Oktyabr ayında fərdi yaşayış və bağ evlərinin kvadratmetrinə görə qiyməti 6,7 manat olub. Ay ərzində qiymətlər 1,9 faiz, il ərzində isə 9,1 faiz azalıb.

Bakıda fərdi evlərin ortalama aylıq kirayəsi 1 597 manatı təşkil edib. 

Paytaxtda yüksək dəyərli fərdi evlər 3 351 manatdan, orta dəyərli fərdi evlər 705 manatdan, aşağı dəyərli fərdi evlər isə ortalama 307 manatdan kirayə verilib (oxu.az).