“Azəriqaz”da KİV nümayəndələri ilə növbəti görüş keçirildi

 17:12 12.11.2021     126

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev növbəti dəfə media nümayəndələri ilə görüş keçirib.

Redaktor.az xəbər verir ki, “Açıq qapı” aksiyasında Birliyin baş direktoru mətbuat nümayəndələri tərəfindən ünvanlanan bütün sualları cavablandırıb. Kütləvi İnformasiya Vasitələri nümayəndələri ilə daha şəffaf və operativ əlaqə yaratmaq üçün “Azəriqaz” İB media nümayəndələrinə hər həftənin 5-ci günü “Açıq qapı” aksiyasının imkanlarından istifadə edərək, onları maraqlandıran sualları birbaşa olaraq Birliyin baş direktoruna ünvanlamaq üçün şərait yaradır.   

Qeyd edək ki, bu, “Açıq qapı” aksiyası çərçivəsində Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri ilə keçirilən sayca 4-cü görüşdür. Media nümayəndələri üçün aksiyada iştirak etmək tamamilə könüllüdür. “Açıq qapı” aksiyası hər həftənin cümə günü “Azəriqaz” İB-nin inzibati binasında təşkil olunur. Məlumat üçün bildirək ki, mətbuat nümayəndələri ilə keçirilən görüş Birliyin rəsmi “Facebook” səhifəsində canlı yayımlanır. Bir daha mətbuat nümayəndələrini “Açıq qapı” aksiyasında fəal iştirak etməyə çağırırıq.