Bakıda havanı çirkləndirən sexin sahibi cərimələndi

 09:53 13.11.2021     61

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Binəqədi rayonu 7-ci mikrorayon ərazisində fəaliyyət göstərən armatur sexindən atmosferə normadan artıq tullantı atıldığı müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Redaktor.az-a bildirib ki, faktla bağlı sexin sahibi Hüseyn Quliyev barəsində akt, protokol tərtib edilib və o, 4000 manat məbləğində cərimə olunub.

Onun sözlərinə görə, sexdə təmizləyici qurğunun quraşdırılması üçün obyekt sahibinə məcburi göstəriş verilib.