İran TIR-ı qəza etdi: Gorus-Tatev-Qafan yolu bağlandı - VİDEO

İrana məxsus TIR-ın qəza etməsi Gorus-Tatev-Qafan yolunun bağlanmasına səbəb olub.
Redaktor.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan Gorus-Qafan yolunda gömrük və sərhəd postu qurduğundan İran sürücüləri vergi ödəmək istəmədiyindən yeni açılan Gorus-Tatev-Qafan yolundan istifadə edirlər. Həmin yol dar olduğundan, iranlı sürücülər bundan narazılığını bildiriblər. Bir gün əvvəl eyni yolda İrana məxsus yük maşını çuxura düşmüşdü.