Yevlaxda itkin düşmüş tələbə qız tapılıb

 13:11 14.11.2021     361

Yevlaxda itkin düşmüş tələbə tapılıb.
Redaktor.az  xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev məlumat verib.
E.Hacıyev bildirib ki, rayonun Ərəş kəndində məskunlaşmış Kəlbəcər rayon sakini, birinci kurs tələbəsi ailəsinə təhvil verilib.
Müəyyən olunub ki, o könüllü olaraq, ailəsini məlumatlandırmadan yaşadığı ünvanı tərk edib.
Qurum rəsmisi qeyd edib ki, qıza qarşı zorakılıq, yaxud digər cinayətkar qəsd olmayıb.
Xatırladaq ki, Bakı Dövlət Universitetinin Şəki filialının I kurs tələbəsi olan yetkinlik yaşına çatmamış qız noyabrın 12-də itkin düşmüşdü (apa).