Axtarışda olan Qazax sakini saxlanıldı

Qazaxda axtarışda olan şəxs saxlanılıb.
Redaktor.az xəbər verir ki, Penitensiar Xidmətin əməliyyat aparatının Qazax rayon Polis şöbəsinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.5-ci maddələri ilə axtarışda olan Qazax rayon Aşağı Salahlı kənd sakini 1995-ci il təvəllüdlü Süleymanov Turan Əli oğlu saxlanılaraq istintaq orqanına təhvil verilib (report).