Deputatlar büdcə müzakirələrinə toplaşır

Bu gün Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçiriləcək.
Redaktor.az xəbər verir ki, toplantıda 2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri və digər qanunlara dəyişiklik layihələri birinci oxunuşda müzakirəyə çıxarılacaq.
Ümumilikdə isə üç gün (noyabrın 16-sı, 17-i və 18-i) davam edəcək iclasın gündəliyinə 24 məsələ daxil edilib.