Avtomobildə silah və psixotrop maddə aşkarlandı - FOTO

 10:01 16.11.2021     338

Paytaxtda hərəkətdə olan avtomobildə odlu silah və psixotrop maddə aşkarlanıb.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə dövlət qeydiyyat nişanı vurulmadan, etibarnaməsiz idarə edilən “Chevrolet Aveo" markalı avtomobil saxlanılıb.

Daxil olan əməliyyat məlumatı əsasında Yardımlı rayon sakini, 1997-ci il təvəllüdlü Samir Əmirovun idarə etdiyi avtomobildən 1 ədəd "Makarov" konstruksiyalı PM modelli tapança, 1 ədəd daraq, 1 ədəd patron və 1 büküm 4,474 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Fakta görə başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

S.Əmirov barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

2