Vilayət Eyvazovdan yeni təyinat

 10:10 16.11.2021     300

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Redaktor.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Mingəçevir Şəhər Polis Şöbəsinin (ŞPŞ) Cinayət Axtarış Bölməsinin rəisi, polis baş leytenantı Qafar Şərifov vəzifəsindən azad olunaraq, Səbail Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinin rəis müavini təyin edilib (oxu.az).