Milli Məclis İlham Əliyevi təbrik etdi

 11:11 16.11.2021     411

“Türk Dövlət Başçıları Şurasının qərarı ilə Azərbaycan Prezidenti İlham Əliyev Türk Dünyasının Ali Ordeni ilə təltif edilib. Bu münasibətlə dövlət başçısını təbrik edir və ona uğurlar arzulayırıq”.

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Milli Məclisin deputatları da təbrikə qoşulub və Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsini alqışlayıblar.

Vumart və Güvən reklamı Vumart Güvən