Milli Məclisdə büdcə müzakirələri başladı

 11:13 16.11.2021     143

Milli Məclisin payız sessiyasının bu gün keçirilən plenar iclasında "2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Redaktor.az xəbər verir ki, qanun layihəsini parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitesinin sədri Tahir Mirkişili təqdim edir.

Daha sonra isə deputatlar qanun layihəsi ətrafında çıxış edəcəklər.

İclasda maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və digər hökumət nümayəndələri iştirak edirlər.