Generalın minaya düşməsi ilə bağlı cinayət işi başlandı

 11:18 16.11.2021     641

Birinci Ordu Korpusunun sabiq komandanı general-mayor Hikmət Həsənovun minaya düşməsi ilə bağlı cinayət işi açılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, sabiq birlik komandiri general-mayor Hikmət Həsənovun ötən il noyabın 20-də tarixdə işğaldan azad olunmuş Ağdam rayonuna daxil olarkən zirehli maşında minaya düşməsi nəticəsində xəsarət alması faktı ilə bağlı elə həmin gün Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29, 120.2.12-ci ( milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.