Azərbaycanda karantin qaydaları sərtləşdiriləcək? - RƏSMİ AÇIQLAMA

“Hazırda koronavirus pandemiyası ilə əlaqədar heç bir sərtləşdirilmiş karantin qaydalarının tətbiqi nəzərdə tutulmur”.
Redaktor.az xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Teymur Musayev deyib.
O bildirib ki, hələ ki belə bir şey nəzərdə tutulmayıb, vəziyyət nəzarət altındadır: “Hazırda bununla bağlı əlavə tədbirlər düşünülmür".