Peyvənd olunmayanların öz hesabına müalicə alması ilə bağlı AÇIQLAMA

 14:48 16.11.2021     288

Koronavirus əleyhinə peyvənd olunmayanların öz hesabına müalicə alması ilə bağlı Azərbaycanda müzakirələr aparılmayıb.

Redaktor.az xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev deyib.

O bildirib ki, bununla bağlı təklif ola bilər: “Amma hazırda Operativ Qərargah, həmçinin Səhiyyə Nazirliyində belə müzakirələr getmir”.