Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

 16:47 16.11.2021     158

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 39287 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5992, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9625, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23670 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10132050, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5028482, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4490360, buster doza üzrə vaksinasiya olunanların sayı isə 613208 təşkil edir.