Koronavirusa görə bağlanan bu məktəblərdə dərslər bərpa olundu

 09:44 17.11.2021     108

Bakıdakı 147 nömrəli Texniki-Humanitar Lisey, 26 və 230 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Redaktor.az-a verilən məlumata görə, hər 3 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Qeyd olunub ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.