İki erməni terrorçu Azərbaycanda hakim qarşısına çıxarılır

 10:06 17.11.2021     318

Azərbaycana qarşı terrorçuluqda təqsirləndirilən İşxan Sarqsyan Aşotinin və Vladimir Rafaelyan Otarinin adlı Ermənistan vətəndaşlarının məhkəməsi başlayır.

Redaktor.az xəbər verir ki, cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə prosesi hakim Elmin Rüstəmovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham olunur (qafqazinfo).