MAXE-lərin maaşlarının artırılması təklif edildi

 11:41 17.11.2021     310

Azərbaycanda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşlarının artırılması təklif edilib.

Redaktor.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Vüqar İskəndərov parlamentin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı çıxış edib.