"Məmurlar çörək yeyəndə əli olmayan qaziləri düşünsünlər” - Deputat

 12:28 17.11.2021     759

Deputat Tahir Kərimli parlamentdə çıxışı zamanı bəzi məmurların şəhid və qazi ailələrini incitdiyini bildirib. 

Redaktor.az xəbər verir ki, deputat çıxışında həmin məmurları belə ailələri unutmamağa çağırıb:

“Həmin məmurlar çörək yeyəndə əlləri olmayan qaziləri düşünsünlər. Yeriyəndə ayağı olmayan qaziləri düşünsünlər. Analar var ki, uşaqların soyuq məzarlarını qucaqlayırlar. 

3000-ə yaxın cavan itirmişik. Qızlarımızı düşünsünlər. Xudayarın həzin səsini yadlarına salsınlar. Məmurlar zalım olmasınlar” (qafqazinfo).

Vumart və Güvən reklamı Vumart Güvən