Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

 15:57 17.11.2021     86

Türkiyənin Milli Müdafiə Nazirliyi 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə Azərbaycanı təbrik edib.

Redaktor.az xəbər verir ki, nazirlik bununla bağlı rəsmi tviter səhifəsində paylaşım edib.

“33 il əvvəl milli dirçəliş üçün mübarizə aparan və bu gün də o inancla işğal edilmiş torpaqlarını azad edən Can Azərbaycanın Milli Dirçəliş Günü mübarək olsun. Türkiyə və Azərbaycan bundan sonra da “Bir millət, iki dövlət” deyimi ilə birlikdə olmağa davam edəcək!” - paylaşımda deyilir.

2