Evi olmayan deputatlara verilən kirayə pulunun artırılması təklif olundu

“Bəzi millət vəkillərinin evi yoxdur, onlara verilən kirayə haqqı artırılsın".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il üçün xərclər smetası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev deyib.
Deputat bildirib ki, belə deputatlara 220 manat kirayə haqqı verilir: "Ona görə də bu vəsaitin artırılmasını təklif edirəm".