Azərbaycan Qarabağı azad etməklə nəyə qadir olduğunu göstərdi - Akademik

 22:02 17.11.2021     148

Prezident İlham Əliyev bütün dünyaya siyasi iradəsini, diplomatik müdrikliyini nümayiş etdirdi.

Redaktor.az
xəbər verir ki, bunu ərəb əsilli İordaniya və Rusiya vətəndaşı, akademik Mərvan Musa Sudax bildirib.

O, qeyd edib ki, 27 sentyabr 2020-ci il tarixində erməni işğalçılarının növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan ordusu beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində beynəlxalq humanitar hüquq normalarına riayət etməklə Qarağda əks-hücum əməliyyatına başladı: «Vətən Müharibəsinin 44-cü günündə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun əldə etdiyi hərbi uğurların təzyiqi altında Ermənistan rəhbərliyi təslim olduqlarını etiraf etmək məcburiyyətində qaldı. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən Üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycan 30 ilə yaxın işğaldan sonra tarixi ədaləti bərpa etdi və öz ata-baba torpaqlarını geri qaytardı. Azərbaycanın isterik torpaqlarını azad etməsi yeni regional və qlobal reallıqlar yaratdı, davamlı sülh, sabitlik, o cümlədən regional əməkdaşlığın daha geniş formatı üçün yeni imkanlar açdı. Beləliklə, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün dünyaya siyasi iradəsini, diplomatik müdrikliyini nümayiş etdirdi. Qardaş Azərbaycan xalqı vətən müharibəsində xalq-iqtidar birliyini, xalqın öz lideri və ordusu ətrafında birliyini bütün dünyaya və Azərbaycanın bütün düşmənlərinə bir daha nümayiş etdirdi”.

Akademik onu da qeyd edib ki, bundan əlavə, xüsusi qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyevin ordu quruculuğunda apardığı siyasət qüdrətli Azərbaycan Ordusunun müasir dünya standartlarına uyğun əsasını qoyub. Sizin hərbi təcrübəniz artıq dünyanın aparıcı hərbi universitetlərində öyrənilir, əminəm ki, artıq dünyanın aparıcı dövlətlərinin hərbi tədris metodlarına daxil edilib. Axı bu döyüş metodunun müasir hərb tarixində yeri olmayıb. 44 günlük müharibə sübut etdi ki, Azərbaycan ərazilərinin işğalı ilə barışmaq niyyətində deyil və bütün müvafiq beynəlxalq sənədlərin, xüsusilə də BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin həyata keçirilməsi üçün öz müdrik siyasətini qurub. Bundan başqa, Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə bu ərazilərdən narkotik vasitələrin qanunsuz dövriyyəsi, terrorçular və təkcə Cənubi Qafqazın deyil, digər regionların sabitliyinə xələl gətirən digər qanunsuz əməllər üçün istifadənin kökünü kəsib. Tarixi Azərbaycan olan Zəngəzur dəhlizinin istifadəyə başlaması ilə isə potensial ticarət yollarının olması səbəbindən qardaş və doğma Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyətini artacaq:

“Mən bir sovet adamı kimi bugünkü müasir Azərbaycanın quruculuğunda Ulu Öndər Heydər Əliyevin, eləcə də onun layiqli davamçısı Zati-aliləri İlham Əliyevin simasında xidmətlərini xüsusi qeyd etmək istəyirəm. Axı mən 60-cı illərin sonlarını yaxşı xatırlayıram, o zaman dahi Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sənaye və iqtisadi yüksəliş yaşadı. Sovetlər İttifaqının dağılmasından sonra isə 1993-cü ilin ortalarından başlayaraq Azərbaycanı və onun gözəl xalqını yenidən hərtərəfli inkişaf yolu ilə aparan, müasir imkanlarla təchiz edilmiş peşəkar ordunun əsasını qoyan Ümummilli Lider oldu. 2003-cü ildən isə siz fərqli müasirlikdə inkişaf dövrünə yeni keçidin şahidi oldunuz. Bütün qəlbimlə cənab İlham Əliyev kimi müdrik liderin rəhbərliyi altında qardaş Azərbaycana və onun əziz xalqına əmin-amanlıq, sabitlik və gələcək uğurlar arzulayıram. Sonda qardaş Azərbaycan xalqının nəzərinə çatdırmaq istəyirəm ki, mən akademik Mərvan Musa Sudax Azərbaycanı ikinci vətənim hesab edirəm və onun ədalətli işini istər İordaniya cəmiyyətində, istərsə də digər ərəb ölkələrində daim müdafiə etmişəm. Qardaş Azərbaycan xalqının zəngin mədəniyyətini, ədəbiyyatını və mənəvi tarixini təbliğ etmişəm”.