"Azəriqaz"ın rəhbəri jurnalistlərlə növbəti görüş keçirəcək

 11:40 18.11.2021     212

"Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 19 noyabr saat 11:00-da başlayacaq.

Bu barədə Redaktor.az-a "Azəriqaz"dan məlumat verilib.

Bütün media mənsublarının üzünə açıq olacaq bu aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Hər bir media qurumu bu tədbirə dəvətlidir.

Ünvanlanan sualları "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev  cavablandıracaq.

2