Azərbaycanda general vəfat etdi - FOTO

 14:08 18.11.2021     600

Azərbaycanda general vəfat edib.

Redaktor.az xəbər verir ki, ədliyyə general-mayoru Zavər Qafarov noyabrın 17-də 68 yaşında dünyasını dəyişib.

O, ürək tutmasından vəfat edib.

Qeyd edək ki, Z.Qafarov 1953-cü ildə anadan olub. Uzun illər ədliyyə orqanlarında çalışıb. Daha sonra o, Ədliyyə Akademiyasında Elmi tədqiqat və doktorantura şöbəsində işləyib.

2