Şəhid Orxan Cabbarov dəfn edildi - FOTO

 15:50 18.11.2021     124

Ermənistanın noyabrın 16-da törətdiyi təxribatlar nəticəsində şəhid olan Azərbaycan Ordusunun giziri Orxan Cabbarov Quba şəhidlər xiyabanında dəfn edilib.

Redaktor.az xəbər verir ki, şəhidin cənazəsi öncə Davudoba kəndindəki doğulduğu evə gətirilib və Orxan vabbarovla vida mərasimi keçirilib.

Şəhid gizir Orxan Cabbarov Quba Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Mərasimdə əvvəlcə hərbi orkestrin müşayəti ilə Dövlət Himni səsləndirilib, havaya yaylım atəş açılıb. Azərbaycanın dövlət bayrağı şəhidin atasına təqdim olunub.

Xatırladaq ki, Vətən müharibəsində Cəbrayıl və Füzuli cəbhələrində döyüşən Orxan Cabbarov göstərdiyi şücaətə görə 4 medalla təltif olunub.

 









(qafqazinfo)