Generalın polkovnik bacısı oğlu işdən çıxarıldı

 12:58 19.11.2021     319

Naxçıvan Muxtar Respublikasında daxili işlər nazirinin vəzifəsindən azad olunmasından sonra, ona yaxın olan polis rəisi də vəzifəsindən azad olunub.

Redaktor.az xəbər verir ki, müvafiq əmrlə Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Elnur İsmayılov tutduğu vəzifəsindən azad olunub.

Qeyd edək ki, Elnur İsmayılov bir müddət bundan əvvəl vəzifəsindən azad olunan Naxçıvan Muxtar Respublikası daxili işlər naziri, polis general-leytenantı Fazil Ələkbərovun bacısı oğludur (manşet.az).

Vumart və Güvən reklamı Vumart Güvən