"Azəriqaz" rəhbəri jurnalistləri diqqətli olmağa çağırdı: "Qətli törədən şəxs..."

 14:05 19.11.2021     161

“Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev media nümayəndələrindən bəzi məlumatları ictimailəşdirərkən diqqətli olmağa çağırıb. 

Redaktor.az xəbər verir ki, Birliyinin Baş direktoru ötən gün baş verən qətl hadisəsində “Azəriqaz”ın adının hallanmasının tamamilə əsassız olduğunu bildirib.

“Dünən Mingəçevirdə məktəblinin güllələnməsi ilə bağlı bədbəxt hadisə haqqında məlumat yayıldı. Daha sonra isə bu xəbər “şagirdi güllələyən “Azəriqaz” əməkdaşı imiş” başlığı ilə xəbər yayıldı. Əvvəla bildirmək istəyirik ki, qətli törədən şəxs Birliyin əməkdaşı deyil. Əsassız olan məlumatı bu formada yayımlamaq nə mahiyyət daşıyır? Bu, sadəcə insanlar arasında çaşqınlıq yaradır. Qətli törədən şəxs başqa bir təşkilatın işçisidir və onun “Azəriqaz” İB ilə əlaqəsi yoxdur”, - deyə Ruslan Əliyev qeyd edib.