"Təcrübə və Təqaüd Proqramları" MMC "Redaktor.Az"la əməkdaşlıq edəcək

"Təcrübə və Təqaüd Proqramları" MMC ilə "Redaktor.Az" MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən təhsil alan və təhsilini başa vurmuş gənclər Redaktor.az saytında jurnalistika ixtisası üzrə təcrübə keçərək praktiki biliklərini təkmilləşdirəcəklər. Proqram müddəti minimum 1 ay nəzərdə tutulub və hər ay davam edəcək. Təcrübə müddəti başa çatdıqdan sonra təcrübəçiyə proqramı müvəffəqiyyətlə başa vurmasını göstərən Sertifikat təqdim ediləcək.
Qeyd edək ki, proqram təcrübəçi ilə müəssisə arasında təcrübə təminatçısı rolunu oynayır. Layihənin məqsədi tələbə gənclərin fərdi inkişafına, uğurlu mütəxəssis kimi formalaşmasına dəstək olmaq, eləcə də müəssisələrin kadr potensialını zənginləşdirməkdən, dövlətimizə və cəmiyyətimizə faydalı olacaq mütəxəssislərin yetişməsinə və dövlətin gənclər siyasətinə kiçik töhfə verməkdən ibarətdir.
Proqrama qeydiyyatla bağlı məlumatı wwwtecrubeveteqaud.az saytı və sosial şəbəkə hesablarından əldə edə bilərsiniz.

