Polisə yalan məlumat verən şəxs saxlanıldı

 09:25 20.11.2021     396

Bərdədə polisə yalan məlumat verən şəxs müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Redaktor.az-a verilən xəbərə görə, Tovuz rayon sakini Daşqın Ələsgərov noyabrın 19-u Bərdə RPŞ-yə müraciət edərək “Mal bazarı” adlanan ərazidə olarkən iki naməlum şəxsin ona bıçaqla xəsarət yetirməsi və 11 min manat pulunu cibindən götürməsi barədə məlumat verib.

Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində D.Ələsgərovun 11 min manat məbləğində borclu olduğu, borcu qaytarmamaq üçün isə naməlum şəxslərin ona xəsarət yetirməsi və pulu qaçırması barədə yalan məlumat verdiyi müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.