Bakıda mənzildən oğurluq edən keçmiş məhkum saxlanıldı

 15:11 20.11.2021     771

Bakıda mənzildən oğurluq edilib.

Redaktor.az  xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən şəxs müəyyən edilib.

Rayon ərazisindəki evlərin birindən 15000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Rzayev saxlanılıb (apa).