Daxili İşlər Nazirliyindən zəlzələ AÇIQLAMASI

 20:31 20.11.2021     427

Məlum olduğu kimi, bu gün yerli vaxtla saat 16:46-da Şamaxı ərazisində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar bir sıra rayonlarda, habelə paytaxt Bakı şəhərində hiss edilib.

Daxili İşlər Nazirliyindən (DİN) Redaktor.az-a bildirilib ki, təbii hadisə itkisiz ötüşüb.

"Zəlzələnin qeydə alındığı və hiss edildiyi ərazilərdə xoşbəxtlikdən dağıntı, insan tələfatı və xəsarətlə nəticələnən hadisə qeydə alınmayıb", - DİN-dən bildirilib.