Cəlilabadda 20 yaşlı qız İTKİN DÜŞDÜ

 11:13 21.11.2021     472

Cəlilabad rayonunun Moranlı kənd sakini, 2001-ci il təvəllüdlü Zəkirə Nadir qızı Mirzəyeva noyabrın 6-da saat 13:00 radələrində Cəlilabad şəhəri ərazisindəki mərkəzi bazardan naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb.
Redaktor.az 
xəbər verir ki, Zəkirə Mirzəyevanın əlamətləri bunlardır:
Boyu 152 sm, gözləri qonur rəngdədir, orta bədən quruluşludur. İtkin düşən zaman üzərində boz rəngli gödəkçə və cins şalvar olub.
Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur (apa).