Qaydanı pozan "AA" ilə bağlı AÇIQLAMA: "umacaq, qorxacaq yerimiz..."

 15:02 21.11.2021     788

Xəbər verdiyimiz kimi, ötən gün Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus zolaqlarının tələbini pozan sürücülərin görüntülərini yayıb.

Redaktor.az  xəbər verir ki, bunlardan biri sosial şəbəkələrdə xüsusilə müzakirələrə səbəb olub.

Söhbət 90-AA-013 dövlət nömrə nişanlı “Mercedes-Maybach” markalı lüks avtomobildən gedir.

Bəs tez-tez yol hərəkəti qaydalarını pozan bu bahalı avtomobil kimindir?

Qısa araşdırma aparılıb. Bəlli olub ki, 90 AA 013 dövlət nömrə nişanlı avtomobil “Bakı Klinikası”nın sahibi Aytən Quliyevaya məxsusdur. İddialara görə klinikanın əsl sahibi isə AMEA-nın prezidenti Ramiz Mehdiyevdir.

Bu barədə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məsələ ilə bağlı açıqlama verib.

"Cəmiyyətimizdə belə bir baxış var ki, AA seriasıdırsa deməli, hansısa nazirliyindir. AA serialı avtomobillər nə qayda pozuntusu edirsə qanun qarşısında cəzalanıdırır. Hazırda elektron qaydada olan qayda pozuntuları xüsusi kameralar vasitəsilə aşkarlanır. O da nə "AA"-ya nə də "BA"-ya baxır, avtomatik rejimdə cərimələr sistemə ötürülür.

Vətəndaşı hər hansı əməkdaşımız saxlayanda inzibati pratakolu açır və təqdim edir. Heç vaxt eşitməmişik, hansısa millət vəkili desin ki, "mənə niyə protokol yazıblar axı millət vəkili idim".

Bizim hansısa "AA"-dan umacaq, qorxacaq yerimiz yoxdur. Yol polisin işi inzibati qayda pozuntusunu aşkarlamaq və 50 manat, 100 manat olan cəriməni yazmaqdır. AA lar isə o cəriməni hamıdan qabaq gedib ödəyirlər. İstəyir Aytən yox, Gültən Məmmədova olsun, istəyir "Bakı Klinikası" yox, "Mərkəzi Klinika" olsun fərqi yoxdur, yol hərəkəti qaydaları hamı üçün qanun halı kimi qorunur və qayda pozulmasına uyğun olaraq cərimələnir" (modern.az).