Azay Quliyev Yunanıstana səfər edəcək

 16:37 22.11.2021     339

Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, bu qurumun vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev noyabrın 22-dən Yunanıstanda səfərdə olacaq.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Redaktor.az-a verilən məlumata görə, səfər çərçivəsində Azay Quliyevin ATƏT PA-nın Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi mandatı çərçivəsində Yunanıstanın dövlət və hökumət rəsmiləri ilə, həmçinin Yunanıstan Parlamentində bir sıra görüşləri nəzərdə tutulur.

Görüşlərdə Cənub-Şərqi Avropa regionunda parlament ölçüsü çərçivəsində dialoq və əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunacaq.
Azay Quliyev Yunanıstanda fəaliyyət göstərən siyasi partiya rəhbərləri və Yunanıstanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri ilə də görüşüb qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparacaq.

Səfər noyabrın 24-də başa çatacaq.

Vumart və Güvən reklamı Vumart Güvən