Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 137 mina aşkarlanıb

 16:46 22.11.2021     203

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan Redaktor.az-a bildirilib ki, noyabrın 15-dən 20-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 25 piyada əleyhinə mina, 112 tank əleyhinə mina və 88 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

157 hektar ərazi mina və PHS-lərdən təmizlənib.