Qənirə Paşayeva bu şəxslərin problemlərini parlamentdə qaldıracaq - FOTO

 16:55 22.11.2021     273

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və “NƏFƏS” İB sədri Firəngiz Balakişiyeva bir qrup görmə imkanları məhdud yaradıcı gəncin və görmə imkanları məhdud vətəndaşlarımızın ailəsində olub, onların qayğıları ilə tanış olub.

Deputat onlarla səmimi söhbətdən, onların mübarizliyindən çıxış edərək, “Həyat əngəl tanımır!” devizinin gerçək müstəvi üzərində maddiləşməsinin şahidi olduğunu vurğulayıb. Həm fərdi mübarizlik, həm dövlət qayğısının bir yerdə imkanlar müstəvisi açdığını bildirən Q.Paşayeva, onların heç zaman yalnız olmadığını, cəmiyyətimizin, dövlətimizin hər zaman onların yanında olduğunu söyləyib. 2019-cu ildə nəşr edilən “Zülməti dələn işıq” kitabını xatırladan Q.Paşayeva, özəlliklə görmə imkanları məhdud yaradıcı gənclərin öz duyğu düşüncələrini yaradıcı şəkildə ifadə etməklə həmyaşıdlarına yaxşı örnək olduğunu bildirib. Belə ortaq layihələrin gələcəkdə də davam etdiriləcəyini deyib.

Görmə imkanları məhdud vətəndaşlarımızın qayğıları ilə yaxından tanış olan Q.Paşayeva, onların problemlərini, özəlliklə işsizliklə bağlı məsələləri parlamentdə qaldıracağını bildirib. Görüş zamanı vətəndaşlarımız bir sıra təkliflərini irəli sürüblər. Təkliflərin hər birini yüksək dəyərləndirən Q.Paşayeva aidiyyatı qurumlara müraciətlər edəcəyini bildirib.

Görüşün sonunda Nəfəs İB adından görmə imkanları məhdud ailələrə hədiyyələr təqdim olunub.

222222222