ADU-nun prorektorları ECAR Erasmus+ layihəsinin təlimlərində iştirak edirlər

 10:35 23.11.2021     103

22-26 noyabr tarixlərində Azərbaycanda Rektorlar Konfransının Yaradılması məqsədini daşıyan layihə çərçivəsində Fransada təlimlər keçirilir. Təlimlərə layihənin Avropa tərəfdaşı olan CPU (Fransa Rektorlar Konfransı) ev sahibliyi edir. Təlimlərin əsas məqsədi Avropa rektorlar konfransının təcrübəsini öyrənməkdir. Bu məqsədlə tərəfdaş universitet nümayəndələrindən ibarət  30 nəfərlik koordinasiya komitəsi yaradılıb.

Fransa Rektorlar Konfransı (CPU) və Fransa Beynəlxalq Təhsil Mərkəzi-nin (FEİ) təşkilatçığı ilə həyata keçirilən bu təlimdə Fransa təhsil sistemi, Fransa Rektorlar Konfransının ali təhsildə rolu, Fransa Rektorlar Konfransının təşkilati strukturu, maliyyələşmə mexanizmi, üzvlük qaydaları, strateji məqsədləri, beynəlxalq əlaqələri və CPU-nun digər maraqlı tərəfdaşlarla əməkdaşlığı haqqında iştirakçılara ətraflı məlumat verilməsi planlaşdırılır. Təlimin sonunda CPU-nun universitetlərlə qarşılıqlı əməkdaşlığının öyrənilməsi məqsədilə Sarbon Universitetinə səfər nəzərdə tutulur.

Azərbaycan Dillər Universitetini bu təlimlərdə Elm və innovasiya məsələləri üzrə prorektor Novruz Məmmədov və Beynəlxalq Əlaqələr üzrə prorektor Jalə Qəribova təmsil edir.