Milli Məclis COVID-19-dan əziyyət çəkən şəxlərə 500 manat verdi

 11:33 23.11.2021     396

“Milli Məclisdə COVID-19-dan əziyyət çəkən şəxlərə 500 manat pul verilib”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Kərimli parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, parlamentin sürücülərinə kurslar təşkil edilib: “Hətta burada ekspert vəzifəsində işləyənlər müşavir kimi irəli çəkilib. Bu da sədrin Milli Məclisin işçilərinə diqqətindən irəli gəlir”.

T.Kərimli qanunverici orqanın ötən dəfəki iclasında çıxışına görə spiker Sahibə Qafarovadan üzr istəyib.

S.Qafarova isə T.Kərimliyə tövsiyə edib ki, yanlış məlumatları cəmiyyətə verməsin.