Tahir Kərimli Sahibə Qafarovadan üzr istədi

 11:39 23.11.2021     390

Deputat Tahir Kərimli Milli Məclisin ötən dəfə keçirilən iclasında Milli Məclisin avtomobil parkının yenilənməsi ilə bağlı çıxışına görə spiker Sahibə Qafarovadan üzr istəyib.

Redaktor.az xəbər verir ki, T. Kərimli çıxışında yanlış məlumatlara əsaslandığını bildirib: "Məlum oldu ki sürücülərin əməkhaqqı kəsilməyib. Onlar üçün hətta kurs da təşkil edilib. Sənədlərdə gördüm ki, Milli Məclisdə  xeyli sayda insanlar yüksək vəzifələrə çəkiliblər.

 S.Qafarova isə T.Kərimliyə tövsiyə edib ki, yanlış məlumatları cəmiyyətə verməsin.