"Məcburi köçkünlər içərisində çox zəngin insanlar var" - Deputatdan köçkünlərlə bağlı TƏKLİF

 15:41 23.11.2021     517

“Regionlara investisiya qoyan şirkətləri 5 il müddətinə bütün vergilərdən azad etməyi təklif edirəm”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, Azərbaycanda dövlət şirkətlərinin vergidən yayınmaq üçün xərcləri şişirtdiyini hamı bilir:

“Bunun qarşısı alınmalıdır. Belə olduğu təqdirdə büdcə vəsaitlərindən də kifayət qədər yaxşı istifadə ediləcək. Məcburi köçkünlər içərisində çox zəngin insanlar var. Onlara imkan yaradılmalıdır ki, işğaldan azad edilmiş yerlərdə öz evini tiksin. Qarabağın bərpasına bütün xalq cəlb edilməlidir”.