Vilayət Eyvazovdan yeni təyinat

 16:54 24.11.2021     409

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Redaktor.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik - leytenantı Şakir Rüstəmov Mingəçevir Şəhər Polis Şöbəsinin (ŞPŞ) İctimai Təhlükəsizlik bölməsinin rəisi təyin edilib.

Qeyd edək ki, Ş.Rüstəmov bu təyinata qədər Qazax RPŞ-da xidmət üzrə rəis müavini vəzifəsində çalışıb (oxu.az).