Suqovuşanda erməni hərbçinin qalıqları tapıldı

 19:03 24.11.2021     100

Qarabağdakı döyüşlər zamanı məhv edilən daha bir erməni əsgərin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.

Redaktor.az xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb. Meyit Suqovuşanda aparılan axtarışlar zamanı aşkarlanıb. Bildirilir ki, ölən əsgərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 700-ə çatıb.