Emin Əmrullayev də Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi səfir Mixail Şvıdkoyla görüşüb.
Redaktor.az xəbər verir ki, bu barədə E.Əmrullayev özünün tviter səhifəsində məlumat yayıb.
“Bu gün Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi səfir Mixail Şvıdkoy ilə görüş keçirdik. Görüş zamanı Azərbaycan və Rusiya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edildi”, - deyə nazir qeyd edib.
Qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi səfir Mixail Şvıdkoyla görüşüblər.