Bu yollarda sürət həddi endirildi

 08:27 25.11.2021     277

Hazırda müşahidə edilən yağışlı və küləkli hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh, Zığ dairəsi-Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. 

Bu barədə Redaktor.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

"Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər, həmçinin meterioloji amilləri nəzərə alsınlar", - deyə BNA-nın açıqlamasıda bildirilir

Vumart və Güvən reklamı Vumart Güvən