Bakıda güclü külək ağacı aşırdı

 09:43 25.11.2021     378

Ötən gün baş verən güclü külək nəticəsində gecə ərzində bir ağac aşıb.

Bu barədə Redaktor.az-a Bakı Şəhər İcra Hakimiyyətindən açıqlama verilib.

Məlumata görə, hadisə Nəsimi rayonu ərazisində baş verib. Fəsadlar aradan qaldırılıb.

Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında noyabrın 24-ü günün ikinci yarısından 25-i gündüzədək güclü şimal-qərb küləyi müşahidə edilib. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enib.