Türkiyə kəşfiyyatı PKK-nın əsas adamını MƏHV ETDİ

 12:22 25.11.2021     571

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında əməliyyat keçirib.

Redaktor.az "CNN Türk"ə istinadən xəbər verir ki, nəticədə PKK terror qruplaşmasının 6 üzvü məhv edilib.

Terrorçulardan dördü Gara bölgəsində, ikisi isə Kandildə zərərsizləşdirilib.

Məhv edilən terrorçulardan birinin PKK-nın xarici əlaqələr üzrə "nümayəndə"si Nihat Gören olduğu müəyyənləşib.